TOR TOR №7: İnstaqram
Reklam Hekayələri
✅Əsas İdeya: Övladınız All Right Tədris Mərkəzində İngilis dilini öyrənir. Siz artıq məktəbin üstünlüklərini qiymətləndirə bilərsiniz. Öz təcrübənizi izləyicilərinizlə paylaşın, onlara promo kod verin və pulsuz sınaq dərsində iştirak etməyə dəvət edin.

✅ Reklam mətnini profildə paylaşmazdan 3 gün öncə müzakirə etmək lazımdır. Zəhmət olmasa, cavabı bu elektron poçta göndərin: partner@allright.com

✅ Reklamlar səhər saat 9-dan 12-ə kimi paylaşılmalıdır. ⌚

✅ Bir vacib məqam da odur ki, həmin gün hesabınızda başqa reklam hekayəsi paylaşmayasınız (yaxud da bizim reklamımız birinci paylaşılsın) ❗

Reklam 5 hekayədən ibarətdir (say müzakirə oluna bilər). 2-ci, 3-cü, 4-cü və 5-ci hekayələrin linkinə "Yuxarı Çək" düyməsini əlavə etməlisiniz (biz sizə onu paylaşımdan üç gün öncə göndərəcəyik). Dərs prosesi zamanı çəkilmiş yalnız bir videoda bizim instaqram səhifəmiz olan @allright_global. səhifəsini işarələməlisiniz. Bunu sadəcə bir dəfə edin.

✅ PROMO KODUMUZU hekayələrin birində göstərməlisiniz. Bizim 2 promo kodumuz var: 20 euroluq endirim və hədiyyə olaraq 2 bonus dərs. Bu promo kodlar ilk ödəniş zamanı aktivləşə bilər. Biz sizə şəxsi promo kodunuzu reklam yazısının paylaşılmasından 3 gün öncə göndərəcəyik, həmin promo kodun nə kimi üstünlükləri olduğunu göstərəcəyik.

✅ Digər hekayələrə başlıq əlavə etməlisiniz, sözlərin sayını artırmalısınız (öz sözlərinizlə yazmalı, yaxud da aşağıda hekayə başlıqları üçün təklif olunan ifadələrdən istifadə etməlisiniz)

✅ Auditoriyanızın diqqətini cəlb edəcəyini düşündüyünüz xüsusi elementləri reklamınıza əlavə edin. Məsələn, bu üzdə maska, üzərində maraqlı bir yazı, təsvir olan köynək, çərçivədə heyvan şəkli və s. ola bilər. Biz əminik ki, siz öz izləyicilərinizi daha yaxşı tanıyırsınız və reklamınıza maraqlı bir üsul əlavə edə biləcəksiniz.

✅ Reklam hekayələrini öz instaqram səhifəmizdə yenidən paylaşmaq və onları məktəbin reklam materiallarında istifadə etmək üçün sizdən icazə alırıq. Zəhmət olmasa, razılığınızı e-maillə təsdiqləyin.

Birinci hekayə - giriş
Uşaqların ingilis dilini öyrənmək mövzusuna diqqəti cəlb etmək

Mümkün seçimlər:


✔ Araşdırma: Övladınız İngilis dili öyrənirmi?
Bəli / Xeyr
✔Araşdırma: Övladınız İngilis dilini necə öyrənir? Onlayn/ Müəllimin köməkliyi ilə

✔ Sual: Övladınızın İngilis dili öyrənməyinə ailənizdə kim kömək edir?

✔Qısa bir video çəkirsiniz, məsələn, övladınız kitab oxumaq istəmir, amma bizim mobil tətbiqimiz, yaxud da əyləncəli TikTok videolarımızla İngilis dilini zövqlə öyrənir və ya övladınız dili öyrənərkən siz dincəlirsiniz.
2-ci və 3-cü hekayələr - məktəbin üstünlükləri ilə bağlı ananın fikri, PROMO KOD
Fərdi təhsil proqramı ⭐

Proqram fərdi olaraq seçilir, övladınızın xobbiləri və bilik səviyyəsi nəzərə alınır. Övladlarınızı oxumağa məcbur etməyə ehtiyac yoxdur! Onlar dili öyrənərkən həm də əylənəcəklər! Övladınızın biliyinin qiymətləndirilməsi və səviyyəsinə uyğun proqramın seçilməsi ✔ Sınaq dərsi zamanı müəllim şagirdin biliyini qiymətləndirir və proqramın uyğun səviyyəsini seçir. ✔ Hər mərhələ tamamlandıqdan sonra müəllim inkişaf testi keçirir. ✔ Valideynin övladın inkişafını nəzarətdə saxlaması üçün müəllim hər dərsin sonunda rəy verir. ✔ Proqram məqsədlərinizə görə fərdiləşdirilə bilər. İmtahana hazırlaşmaq, məktəbdən əvvəl biliyinizi inkişaf etdirmək, danışıq vərdişlərinizi artırmaq, yaxud da oxumağı öyrənmək istəyirsinizmi? Biz sizin hər bir məsələnizi həll edəcəyik!

Rahat mobil tətbiq ⭐

Bizim tətbiqimiz vasitəsilə siz istədiyiniz yerdə: səfərdə, parkda, çimərlikdə, hər yerdə bunu istifadə edə bilərsiniz. Sizə lazım olan yeganə şey sadəcə internetdir. Öz müəlliminizlə əlaqəyə girin ⭐

Müəlliminizlə şəxsi hesabınız vasitəsilə yazışa bilərsiniz.
Təhsil proqramı, ev tapşırığı, yaxud da dərslərin vaxtını dəyişmək, sifariş etməklə bağlı suallarınız varmı? Müəllim həmişə sizin yanınızdadır!

Hekayələrin başlıqları (seçiminizə uyğun bir neçəsi)
✍ All Right beynəlxalq İngilis dili məktəbidir. 4 yaşlı uşaqlar üçün fərdi dərslər. Proqram fərdi olaraq seçilir, övladınızın xobbiləri və bilik səviyyəsi nəzərə alınır.
Uşaqlar öyrənərkən zövq alacaqlar. Artıq "sən oxumalısan" və ana, mən oxumaq istəmirəm" kimi ifadələrə son!

✍ Bu, tipik İngilis dili dərs deyil. Oxunuş qaydalarını, qrammatikanı yadda saxlamağa, yaxud da uzun mətnləri oxumağa ehtiyac yoxdur.

✍ Hər hansısa bir sualınız yaranarsa, müəlliminiz həmişə sizə kömək edəcək.

✍ All Right tətbiqi vasitəsilə siz dünyanın istənilən yerində təkcə felefonunuzla dil öyrənə bilərsiniz.

✍ Blogger promo kodu (promo kodu düzgün yazmaq və dərslərin ilk alışında hansı bonusların olduğunu qeyd etmək vacibdir.)

SÜRÜŞDÜR+PROMO KODU ƏLDƏ ET düyməsini əlavə edin

4-cü hekayə - müəllimlərimiz
Vebsaytda müəllimləri göstərin https://allright.com/teachers

Hər bir müəllimin pedoqogika və linqivistika üzrə universitet diplomu və uşaqlarla işləmək təcrübəsi var. Müəllimlərin profilində siz video təqdimatları və şagirdlərin rəyləri ilə tanış ola bilərsiniz.

Hekayələrin başlıqları:

✍ Video təqdimatları izləməklə və şagirdlərin rəylərini oxumaqla müəllimi seçə bilərsiniz

Standart kateqoriyasındakı müəllimlər sizin ana dilinizdə danışır.
Daha geniş dil təcrübəsinə sahib müəllimlər istəyərdinizmi? Yerli natiq seçin!

SÜRÜŞDÜR düyməsini əlavə edin
5-ci hekayə - sınaq dərslərinə qoşulmaq üçün qeydiyyatdan keçin
Məktəb hər bir yeni şagirdə pulsuz sınaq dərs verir!
Sınaq dərsi zamanı müəllim uşağın bilik səviyyəsini yoxlayır, onları platformaya təqdim edir, öyrənmə məqsədlərini müəyyənləşdirir və proqramı seçir.

Qeydiyyatdan keçmək çox asandır: https://allright.com/
Addım-addım göstərin.

Hekayələrin başlıqları:

✍ Müəllimlə pulsuz sınaq dərsi! Övladınızın səviyyəsini kəşf edin, təhsil proqramınızı əldə edin.


SÜRÜŞDÜR düyməsini əlavə edin